Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini X.Bağırovun "Spesialist" əmtəə nişanlı istehlak xüsusiyyətlərinə uyğun gəlməyən və standartın tələblərinə cavab verməyən keyfiyyətsiz sement satması müəyyən edilmişdir

10.02.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Xanmirzə Bağırovun alıcı Fərman Xudaverdiyevə 33 kisə "Qaradağ Tikinti Materialları" ASC-də istehsal olunaraq doldurulmuş, "Spesialist" əmtəə nişanlı istehlak xüsusiyyətlərinə uyğun gəlməyən, standartın tələblərinə cavab verməyən keyfiyyətsiz sement satması müəyyən edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya baxış zamanı oradan 24 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarında isə mənşəyini təsdiq edən və əmtəə nişanına dair rəsmi sənədləri olmayan saxta 5 min 450 ədəd «Spesialist» əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülmüşdür.

10.02.2012 tarixinə olan kriminal məlumatlar