Narkotik vasitə ilə tutulmuş Gəncə şəhər sakini R.İsmayılovun oğurluq cinayəti törətməsi də müəyyən edilmişdir
10.02.2012Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən İsmayılovdan 1,170 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 9-da 235 №-li xətt avtobusunda Bakı şəhər sakini Sürəyya Mustafayevanın mobil telefonu oğurlaması da müəyyən edilmişdir.