Xaçmaz rayon Dəmir Yolu İdarəsinə məxsus 250 metr rabitə kabelini kəsərək oğurlamış bir qrup Xudat şəhər sakini saxlanılmışdır
06.02.2012Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Xaçmaz rayonu ərazisində Dəmir Yolu İdarəsinə məxsus işlək vəziyyətdə olan 250 metr uzunluğunda rabitə kabelini kəsərək oğurlamış Xudat şəhər sakinləri Hikmət Ağayev, Şahin Məmmədov və Samir Məmmədov saxlanılmışlar.