Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək bir qrup Bakıxanov qəsəbə sakinindən pul almış şəxslər saxlanılmışlar

06.02.2012

Cari il yanvarın 30-dan fevralın 6-dək olan müddət ərzində Sabirabad rayon sakinləri Telman Zeyniyev, əvvəllər məhkum olunmuş Cabbar Mehdiyev və Kürdəmir rayon sakini Salman Əsədov özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək Bakıxanov qəsəbə sakinləri Mahir Əhmədovun, Xuraman Xubiyarovanın, Elmira Eminovanın, Aleksandra Qarşkovanın, Şövkət Məhərrəmovanın və Lətifə Əsədovaının etimadlarını qazanaraq onların hər birindən 50 manat pul almışlar.  Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər üçü şübhəli şəxs qismində saxlanılmışlar.

06.02.2012 tarixinə olan kriminal məlumatlar