Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi
27.01.2012Yanvarın 27-də saat 09.00 radələrində Ağstafa rayonu ərazisində Dağkəsəmən kənd sakini Həsən Quşçiyevin idarə etdiyi “VAZ-2106” və Xaçmaz rayon sakini Xəyaməddin Həsənovun idarə etdiyi “MAN” markalı avtomaşınlar toqquşmuş, sonradan X.Həsənov idarəetməni itirdiyindən avtomaşını qarşıdan gələn «QAZ-3110» markalı avtomaşına çırpılmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Quşçiyev orada ölmüşdür.
Yanvarın 27-də saat 09.00 radələrində Ağstafa rayonu ərazisində Dağkəsəmən kənd sakini Həsən Quşçiyevin idarə etdiyi “VAZ-2106” və Xaçmaz rayon sakini Xəyaməddin Həsənovun idarə etdiyi “MAN” markalı avtomaşınlar toqquşmuş, sonradan X.Həsənov idarəetməni itirdiyindən avtomaşını qarşıdan gələn «QAZ-3110» markalı avtomaşına çırpılmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Quşçiyev orada ölmüşdür.