Yasamal rayonu ərazisində qanunsuz pul uduşlu qumarxananın fəaliyyət göstərməsi müəyyən edilmişdir
27.01.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində Bakı şəhər sakinləri Vüqar Həsənov və Vaqif Bayramov qanunsuz pul uduşlu qumarxana təşkil etmələri və saxlamaları müəyyən edilmişdir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində Bakı şəhər sakinləri Vüqar Həsənov və Vaqif Bayramov qanunsuz pul uduşlu qumarxana təşkil etmələri və saxlamaları müəyyən edilmişdir. Həmin ünvana baxış zamanı oradan qumardan əldə edilmiş 150 manat, 10 dollar pul, 120 ədəd loto kartları, loto daşları, 2000 dollar dəyərində pul uduşları üçün priz kartları və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırmalar aparılır.