Gəncə şəhər sakini Tapdıq Əkbərovdan külli miqdarda narkotik vasitə götürülmüşdür
22.01.2012Baş Narkotiklərlər Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞPBİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Tapdıq Əkbərov 1 kiloqram marixuananı satarkən tutulmuşdur. T.Əkbərovun evinə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 200 qram marixuana aşkar edilərək götürülmüşdür.