Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.01.2012Yanvarın 22-də saat 19.15 radələrində Ucar rayonu ərazisində Bakı şəhər sakini Elçin Gözəlovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınla Balakən rayon sakini Zaur İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtobus toqquşmuşdur. Nəticədə E.Gözəlov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri - atası Adil Gözəlov, anası Zinyət, arvadı Təranə, oğlanları 5 yaşlı Elcan və 3 yaşlı Adil xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.