Narkotik vasitə ilə saxlanılmış İmişli rayon sakini S.Nəsirlinin mənzil oğurluğu törətməsi və axtarışda olması da müəyyən edilmişdir
18.01.2012Baş Mühafizə İdarəsi və Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini Sərhəd Nəsirlidən 0,171 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun yanvarın 15-də Orxan Qəmbərovun mənzilindən qızıl əşyaları oğurlaması və Binəqədi RPİ tərəfindən CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.