Oğurluq etdiyinə görə yanvarın 17-də tutulmuş R.Vəliquliyevin iki digər şəxslə birgə mağazalardan oğurluq etmələri də müəyyən edilmişdir
18.01.2012Oğurluq etdiyinə görə yanvarın 17-də Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulmuş Ramin Vəliquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakinləri Yavər Əliyev və İlqar Hacıyev ilə birgə İqbal Rufullayevə, Faiq Ağayevə, Məhsəti Ağalarovaya, Namiq Hacıyevə və Şahin Mirzəyevə məxsus mağazalardan oğurluq etmələri də müəyyən edilmişdir. Y.Əliyev və İ.Hacıyev tutulmuşlar.