Oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı V.Bukukişvilinin ötən ilin noyabr ayında F.Orucovun mənzilini də qarət etməsi müəyyən edilmişdir
18.01.2012Yanvarın 17-də oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvilinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il noyabrın 25-də Fuad Orucovun mənzilindən 1300 manat pul və qızıl əşyaları oğurlaması Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.