Qaradağ rayonunun Şıxlar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.01.2012Yanvarın 9-da saat 11.00 radələrində Qaradağ rayonunun Şıxlar qəsəbəsi ərazisində rayon sakini Ərzuman Pirquliyevin idarə etdiyi "QAZ-31105" və Kürdəmir rayon sakini İlqar Məmmədovun idarə etdiyi "Mercedes-200" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Pirquliyev xəstəxanaya aparılarkən yolda ölmüş, İ.Məmmədovun xəsarət almış sərnişini Qılman Nuruyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.