Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.01.2012Yanvarın 9-da saat 07.30 radələrində Salyan rayonunun Kürsəngi kəndi ərazisində Neftçala rayon sakini Sübhan Ələkbərov "KAVZ" markalı avtobusu idarə edərkən onu su kanalına aşırmışdır. Nəticədə sərnişinlərindən Elxas Cəfərov suda boğulmuş, xəsarət almış digər 4 sərnişinə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.