Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
30.12.2011Dekabrın 30-da saat 12.00 radələrində Masallı rayonu ərazisində Cəlilabad rayon sakini Röyal Məmmədovun idarə etdiyi "Mercedes" və Astara şəhər sakini Firudin Rəsulovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış F.Rəsulov xəstəxanaya aparılarkən yolda ölmüş, R.Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.