Cari il iyulun 12-də tamah məqsədi ilə Cabbar Əkbərovu bıçaqla, arvadı Tellini isə boğma yolu ilə qətlə yetirmiş şəxslər tutulmuşlar
30.12.2011Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 12-də tamah məqsədi ilə Cabbar Əkbərovu bıçaqla, arvadı Tellini isə boğma yolu ilə qətlə yetirmiş - nəvələri Ramil Əkbərov, habelə onun tanışları şəhər sakini Rahib Ağayev və Şərur rayon sakini Vüqar Əliyev tutulmuşlar.