Bərdə rayonunun Göyüşlü kənd sakini Mahir Kazımova məxsus evdə yanğın baş vermişdir
27.12.2011Dekabrın 27-də saat 07.35 radələrində Bərdə rayonunun Göyüşlü kəndində, kənd sakini Mahir Kazımova məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra M.Kazımovun anası Sayalı Kazımova və bacısı Sevda Kazımovanın yanmış meyitləri tapılmış, habelə yanıq xəsarəti almış M.Kazımov və arvadı Mirvari Murquzova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.