Goranboy rayon sakini İsax Əliyev tutulmuşdur
27.12.2011Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Sürəyya Səfiyevaya məxsus 1 baş inəyi oğurlamış rayon sakini İsax Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 20-də rayon sakinləri Aftandil Bəşirov məxsus 1 baş, cari ilin iyun ayının 17-də Qənirə Quliyeva məxsus 1 baş və cari ilin iyul ayının 5-də Natiq Nəsibova məxsus 1 baş inəkləri oğurlaması da müəyyən edilmişdir.