Goranboy rayonunun Qızılhacılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.12.2011Dekabrın 19-da Goranboy rayonunun Qızılhacılı kəndi ərazisində, rayon sakini Orxan Həsənov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sürücü və sərnişini Təbriz Qasımov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Səbuhi Səmədov, Ayaz Yusibov və Hafiz Şıxıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.