Aeroport şosesində yol-nəqliyyat hadisəsi
19.12.2011Dekabrın 19-da Sabunçu rayonunda Aeroport şosesində müəyyən edilməmiş avtomaşınla Maştağa qəsəbə sakini İlahə Əliyeva vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "QAZ-31" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Nurməmməd Əliyev tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.