Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qəlbinur Mikayılov ölmüşdür
19.12.2011Dekabrın 6-da saat 14.10 radələrində Abşeron rayonu ərazisində şəhər sakini Qəlbinur Mikayılov "QAZ-2411" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Sumqayıt şəhər sakini Ağaqulu Ağaquliyevin idarə etdiyi "Daewoo" markalı avtobusa vurmuşdur. Xəsarət almış Q.Mikayılov və sərnişini Ziya Kərimov xəstəxanaya yerləşdirilmişlər. Z.Kərimov dekabrın 19-da orada ölmüşdür.