Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.12.2011Dekabrın 13-də saat 15.30 radələrində Şabran rayonu ərazisində, rayon sakini Mahir Hüseynovun idarə etdiyi "VAZ-21063" və Lənkəran rayon sakini Xəzər Babayevin idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış hər 2 sürücü xəstəxanaya yerləşdirilmişdir. "Jiquli"nin sürcüsü orada ölmüşdür.