Oğurluq etmiş xaçmaz rayon sakini Elman Şıxəliyev tutulmuşdur
13.12.2011Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Xaçmaz Dəmir Yolu Stansiyasının ərazisində şəhər sakini Esmira Qədirovanın çantasından 209 manat pul, 1 ədəd mobil telefon, 3 ədəd bankomat kartı və digər əşyaları oğurlamış həmyerlisi Elman Şıxəliyev tutulmuşdur.