Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.12.2011Dekabrın 12-də saat 22.00 radələrində Xəzər rayonu ərazisində şəhər sakini Seymur Mürsəlov "BMW" markalı avtomaşını idarə eərkən onu, qarşıda gedən şəhər sakini Ramin Süleymanovun idarə etdyi "Mercedes" markalı avtomaşına vurmuş, sonradan R.Süleymanov idarəetməni itirərək avtomaşınını Qənbər Kazımovun idarə etdiyi "Mercedes" markalı avtomaşına çırpmışdır. Nəticədə xəsarət almış hər 3 sürücü xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.