Şamaxı rayon sakini M.Xanatova məxsus qoyunları oğurlamağa cəhd göstərmiş bir qrup şəxs tutulmuşdur
12.12.2011Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Məhərrəm Xanatova məxsus qoyunları oğurlamağa cəhd göstərmiş, Saleh Rzayevə məxsus "VAZ-2106" markalı avtomaşını isə qaçırmış Şamaxı şəhər sakini Ələvəz Şükürov, Kamran Zahidov və Muxtar Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 21-də Hacı Quliyevə məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmaları da müəyyən edilmişdir.