Saatlı rayonu ərazisində qaz borusunu kəsərək oğurlamış şəxslər tutulmuşlar
12.12.2011Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Soltanabad kəndinin ərazisindən keçən rayon Qaz İstismarı İdarəsinə məxsus istifadəyə yararsız 100 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamış, kənd sakini Adıgözəl İbrahimov və Əlihüseyn İbrahimov tutulmuşlar.