Lənkəran şəhər sakini Asif Ağayevin idarə etdiyi avtomaşından silah aşkar edilmişdir
05.12.2011Dekabrın 4-də Lənkəran şəhər sakini Asif Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomaşın polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı 1 ədəd "AKS" markalı avtomat və 48 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülmüşdür. Araşdırmalar aparılır.