Tovuz rayon sakini Seymur Hüseynovdan saxta 100 manatlıq əskinaz götürülmüşdür
05.12.2011Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyasta keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də metronun "N.Nərimanov" stansiyasında Tovuz rayon sakini Seymur Hüseynov metro kartı almaq məqsədi ilə kassaya saxta 100 manatlıq əskinaz təqdim etdiyi üçün tutulmuşdur. S.Hüseynovun üzərinə baxış zamanı əlavə olaraq 1 ədəd saxta 100 manatlıq əskinaz götürülmüşdür.