Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.11.2011Noyabrın 25-də saat 08.45 radələrində Qazax rayonu ərazisində rayon sakinləri Anar Cəlilovun idarə etdiyi "VAZ-2106" markalı və Sahib Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Əhmədovun xəsarət almış sərnişinləri, Qazax rayon sakini Rizvan Salayev, Bakı şəhər sakinləri Nuranə Tağıyeva, Aynurə Qafarova, habelə A.Cəlilov və sərnişini, Qazax rayon sakini Qara Məmmədov xəstəxanaya yerləşdirilmişlər. R.Salayev orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.