Nəsimi rayonu S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi
25.11.2011Noyabrın 25-də saat 21.45 radələrində Nəsimi rayonu S.Vurğun küçəsində Bakı şəhər sakini Araz İsazadənin idarə etdiyi "VAZ-2107" markalı və Masallı rayon sakini Mübariz Nağıyevin idarə etdiyi "KİA" markalı avtomaşınlar toqquşduqdan sonra M.Nağıyev idarəetməni itirərək yolun kənarında dayanmış 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüş, M.Nağıyevin xəsarət almış sərnişini, Bakı şəhər sakini Rasim Əliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.