Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
23.11.2011Noyabrın 23-də saat 19.30 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini Eldar Məsimov idarə etdiyi "Reno" markalı avtomaşını yolun kənarında dayanmış "MAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə "MAZ" markalı avtomaşının arxa təkərini təmir edən sürücü Güloğlan Qurbanov hadisə yerində ölmüş, E.Məsimovun xəsarət almış sərnişini, Bakı şəhər sakini Vaqif Qarayev isə xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.