Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramin Cəbrayılov tutulmuşdur
23.11.2011Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Şahin Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşından maqnitafonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Cəbrayılov tutulmuşdur. R.Cəbrayılovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 4-də Şahin Məmmədyarova məxsus "VAZ 2107" markalı avtomaşından da 1 ədəd təkər və ehtiyat hissələrini oğurlaması müəyyən edilmişdir.