Xəzər rayonu Buzovna qəsəbəsində qətl hadisəsi
21.11.2011Noyabrın 21-də saat 13.30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 24-ün qarşısında "Mercedes" markalı avtomaşınla Maştağa qəsəbə sakini Raci Zəkiyevin idarə etdiyi "Nissan Tiana" markalı avtomaşının qarşısı kəsilmiş və ondan düşmüş naməlum şəxs odlu silahdan atəş açaraq R.Zəkiyevə xəsarət yetirmiş, sərnişini, Maştağa qəsəbə sakini Hikmət Babayevi isə qətlə yetirmişdir.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü, Buzovna qəsəbə sakini Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilmişdir.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xəzər RPİ tərəfindən aparılır.