Suraxanı rayonu S.Əliyev küçəsində yaşayan Qəzənfər Şirinova məxsus evdə yanğın baş vermişdir
21.11.2011Noyabrın 21-də saat 17.20 radələrində Suraxanı rayonu S.Əliyev küçəsi ev 176 "B"-də yaşayan Qəzənfər Şirinova məxsus evdə yanğın baş vermişdir. Nəticədə 30 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada kirayədə yaşayan Cəmalə Əhmədova, onun uşaqları 4 yaşlı Zaur, 3 yaşlı Rəhilə, 2 yaşlı Ramilə, 1 yaşlı Kənan isə tüstüdən zəhərlənmələri ilə əlaqədar onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.