Nərimanov rayonu ərazisində yaşayan Alik Lütvəliyevə bıçaqla xəsarət yetirmiş Bəhruz Nurəhmədov tutulmuşdur
20.11.2011Noyabrın 20-də saat 09.40 radələrində Nərimanov rayonu ərazisində yaşayan Alik Lütvəliyevin evinə qonaq gəlmiş Xırdalan şəhər sakini Bəhruz Nurəhmədov münaqişə zəminində ona bıçaqla xəsarət yetirmişdir. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Nurəhmədov tutulmuşdur.