Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.11.2011Noyabrın 20-də saat 14.10 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri Orxan Əliyevin idarə etdiyi "Range Rover" markalı və Fuad Səlimxanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, F.Səlimxanov və sərnişinlərindən - arvadı Fatma hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini - oğlu Kamil isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.