Ağcabədi şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
13.11.2011Noyabrın 13-də saat 22.00 radələrində Ağcabədi şəhəri ərazisində Sumqayıt şəhər sakini Seymur Məmmədovun idarə etdiyi "Mercedes" və Laçın rayon sakini Hilal Musayevin idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış H.Musayev və sərnişinləri Arzu Kərimov, Samir Həsənov, habelə S.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.