Lənkəran şəhərindəki fəaliyyəti dayandırılmış mebel fabrikinin həyətindəki 4 otaqlı gözətçi otağında yanğın baş vermişdir
13.11.2011Noyabrın 13-də saat 17.00 radələrində Lənkəran şəhərindəki fəaliyyəti dayandırılmış mebel fabrikinin həyətindəki 4 otaqlı gözətçi otağında yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra şəhər sakini Rəfiqə Ələsgərovanın yanmış meyiti tapılmışdır.