Sumqayıt şəhərində yaşayan Türkiyə vətəndaşı Ə.Şener ailə münaqişə zəminində qayınatası və qayınanasını qətlə yetirmiş, digər üç qohumuna xəsarət yetirib hadisə yerindən qaçmışdır
06.11.2011Noyabrın 6-da saat 08.50 radələrində Sumqayıt şəhəri "Yaşıldərə" bağlar sahəsində yeni tikilmiş evlərdən birində yaşayan Türkiyə vətəndaşı Şener Əjdər Mustafa oğlu ailə münaqişə zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirmiş, arvadı Günelə, qayını Ramala və baldızı Aynurəyə isə xəsarət yetirib hadisə yerindən qaçmışdır.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Sumqayıt ŞPİ tərəfindən aparılır.
İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Sumqayıt ŞPİ tərəfindən aparılır.