Noyabrın 4-ü və 5-də O.İsazadəyə və O.Mehdiyevə qarşı quldurluq etməkdə şübhəli bilinən K.Qocayev və M.Yusifov tutulmuşlar
06.11.2011Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Orxan İsazadəni bıçaqla hədələyərək mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi və digər əşyaları olan çantasını, noyabrın 4-də isə Orxan Mehdiyevə qarşı zor tətbiq edərək 3 manat pul və mobil telefonunu onlardan almaqda şübhəli bilinən Bakı şəhər sakini Kənan Qocayev və Gürcüstan vətəndaşı Məhəmməd Yusifov tutulmuşlar.