Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Əlizadə Qasımovun digər cinayət əməlləri müəyyən edilmişdir

28.10.2011

Cari ilin iyul ayında Saatlı rayon Qaz İstismar Sahəsinin həyətindən 60 metr uzunluğunda elektrik kabeli oğurlanmışdır. Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Əlizadə Qasımov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust ayları ərzində rayon ərazisindəki artezian quyusundan 1 ədəd maqnit qoruyucusu və 1 ədəd qapayıcı, Məmmədağa Əliyevin həyətindən 1 ədəd elektrik qapayıcısı, Eldar Əmişova və Gülbəs Yusubova məxsus məişət əşyaları, habelə Laçın Nərimanova, Samir Məmmədova, Vasif Əzimova və Çingiz Fətullayevə məxsus həyətlərdən də oğurluq etməsi müəyyən edilmişdir.

28.10.2011 tarixinə olan kriminal məlumatlar