Qazax rayonunun Kəməri kənd sakini Arif Cəlilov aldığı xəsarətdən ölmüşdür
28.10.2011Oktyabrın 28-də saat 18.00 radələrində Qazax rayonunun Kəməri kənd sakini Vəfadar Mustafayev "QAZ-53" markalı avtomaşını arxaya sürərkən həmkəndlisi Arif Cəlilovu divara sıxmışdır. Xəstəxanaya yerləşdirilmiş A.Cəlilov oktyabrın 29-da orada ölmüşdür.