Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.10.2011Oktyabrın 25-də saat 12.30 radələrində Suraxanı rayonu ərazisində şəhər sakinləri Rüfət Balayevin idarə etdiyi "VAZ-2107" və Alim Məmmədovun idarə etdiyi "Audi" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Balayevin sərnişini Bakı şəhər sakini Kifayət Balayeva hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.