Bayıl qəsəbəsi ərazisində saxlanılmış Bakı şəhər sakini D.Semyanovdan pnevmatik tapança götürülmüşdür
24.10.2011Oktyabrın 24-də Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Çevik Polis Alayının əməkdaşları tərəfindən Bakı şəhər sakini Dmitiriy Semyanov saxlanılmış və ondan 1 ədəd pnevmatik tapança götürülmüşdür. Sonrakı araşdırmalar aparılması üçün D.Semyanov Səbail RPİ 8-ci PB-nə təhvil verilmişdir.