Kürdəmir rayonunun Karrar kəndi ərazisində dörd avtomaşın toqquşmuşdur
21.10.2011Oktyabrın 22-də saat 11.00 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində Sığırlı kənd sakini Turxan Nadirovun idarə etdiyi "VAZ-21074" markalı, Kəlbəcər rayon sakini Fəxrəddin Hətəmovun idarə etdiyi "Mercedes Benz-208" markalı, Neftçala rayon sakini Natiq Cavadlının idarə etdiyi "Mercedes 190" markalı və Bakı şəhər sakini Oqtay Minayevin idarə etdiyi "Lexus" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə T.Nadirov hadisə yerində, N.Cavadlının xəsarət almış sərnişini Şəfa Nəzərova isə xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış F.Hətəmova və digər sərnişinlər Gülsüm Məmmədovaya, Tahir Həsənova, İmran İsgəndərova və Şəmşir Nadirova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.