Oktyabrın 21-də X.Əhmədova məxsus avtobusdan maqnitofon oğurlamış Bakı şəhər sakinləri F.Aydınov və R.İvankov tutulmuşlar
21.10.2011Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də Xəqani Əhmədova məxsus "Serta" markalı avtobusdan maqnitofon oğurlamış Bakı şəhər sakinləri Fərhad Aydınov və Ruslan İvankov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 17-də İlkin Məmmədova məxsus "VAZ-2102" markalı avtomaşından maqnitofon oğurlamaları da müəyyən edilmişdir.