Mağazadan 300 manat pul və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakini Fərid Quliyev tutulmuşdur
12.10.2011Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də Şaiq Rzayevə məxsus mağazadan 300 manat pul və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakini Fərid Quliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Səbinə Məmmədovaya məxsus mağazadan tütün məmulatı, Emil İsmayılova məxsus mağazadan 250 manat pul, spirtli içkilər, Elvin Şirinova məxsus kafedən 1 ədəd televizor və "Connect TV"-nin ofisindən 1 ədəd televizor və 1 ədəd kompyuter oğurlaması da müəyyən edilmişdir.