Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazadan təsərrüfat malları oğurlamış Siyəzən şəhər sakinləri İlkin Mövsümov, Elməddin Babayev və Rəhman Əliyevin digər cinayət əməlləri müəyyən edilmişdir

12.10.2011

Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Şakir Muradova məxsus mağazadan təsərrüfat malları oğurlamış Siyəzən şəhər sakinləri İlkin Mövsümov, Elməddin Babayev və Rəhman Əliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların rayon Məşğulluq Mərkəzinin inzibati binasından 1 ədəd kompyuter hissəsi, rayon Mərkəzi Poliklinikasından 1 ədəd kondisioner və 1 ədəd generator, İqrar Həsənova məxsus mağazadan ərzaq məhsulları və geyim əşyaları, eləcə də Anar Ramazanovun evindən 1 ədəd kondisioner, Cavid  Manafovun həyətindən isə 1 ədəd samovar oğurlamaları da müəyyən edilmişdir.

12.10.2011 tarixinə olan kriminal məlumatlar