Gün ərzində 41 cinayət faktı qeydə alınmışdır
07.10.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 20-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 16 nəfər isə yaralanmışdır.
- 13 yanğın hadisəsi qeydə alınmışdır, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.