Oğurluğa cəhd göstərmiş Yevlax rayon sakinləri Nigar Bəkirova və Fatma Məmmədova tutulmuşla
07.10.2011Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Binə qəsəbə sakini Anar Bayramovun evindən açıq qalmış qapıdan girmək yolu ilə oğurluğa cəhd göstərmiş Yevlax rayon sakinləri Nigar Bəkirova və Fatma Məmmədova tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyunun 25-də Könül Əliyevanın evindən 150 manat pul və qızıl əşyaları oğurlamaları da müəyyən edilmişdir.