Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində V.Soltanova məxsus evdə yanğın baş vermişdir
06.10.2011Oktyabrın 7-də saat 22.20 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Vasif Soltanova məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra V.Soltanovun oğlanları – 11 yaşlı Rüfətin və 9 yaşlı Əhmədin yanmış meyitləri tapılmışdır.